25 oktyabr 2026. Bazar günü

Naxçıvanda sərbəst güləş üzrə yeniyetmələr arasında birincilik keçirilib


  • Offside
  • 15:09 25.10.2026
  • Oxunma sayı: 43
Naxçıvanda sərbəst güləş üzrə yeniyetmələr arasında birincilik keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 96 idmançı mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən, Fuad İsgəndərov, Əli Quliyev, Elxan Muradov, Şahin Əsgərli, Məcnun Abbasov, Səfər Muradov, Turqut Abdullayev, Polad Əhmədov, Adəm Babayev, Hüseyn Əliyev və Həsən Sucalı öz çəki dərəcələrində birinci yeri tutublar.

İlk üç yeri tutan idmançılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Birinciliyin keçirilməsində məqsəd istedadlı güləşçiləri üzə çıxarmaq, onların yarış təcrübəsini artırmaq və peşəkarlıq səviyyəsini yüksəltmək olub.







Offside