- Offside
- 19:30 25.10.2026
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə İran təmsilçisi Payam Əhmədi ilə qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən Əzizli karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
34 yaşlı güləşçimiz yarımfinalda 2025-ci ilin dünya çempionu, Gürcüstan təmsilçisi Vaxtanq Loluanı 5:1 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Eldəniz Əzizli daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub. Astanada qazandığı beşinci qızıl medalla o, dünya çempionatlarında ən çox çempionluq qazanan Azərbaycan güləşçisi kimi rekordunu yeniləyib.
Bu gün Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov (77 kq) da qızıl medal uğrunda mübarizə aparacaq. Onun finaldakı rəqibi Moldova idmançısı Aleksandrin Qutu olacaq.
Güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.