25 oktyabr 2026. Bazar günü

“Qızıl top”un qalibinin adı niyə son ana qədər gizli saxlanılır?


  • Offside
  • 19:06 25.10.2026
  • Oxunma sayı: 64
“Qızıl top”un qalibinin adı niyə son ana qədər gizli saxlanılır?

“Qızıl top” mükafatının keçmiş rəhbəri Paskal Ferre mükafatlandırma qaydalarında edilən dəyişikliklərdən danışıb.  

90deqiqe.Az-ın məlumatına görə, Ferre bu barədə “The Touchline” nəşrinə danışıb.Onun sözlərinə görə, 2024-cü ildən etibarən qalibin adı mərasim başlayana qədər açıqlanmır və bütün namizədlərə eyni münasibət göstərilir.

“2024-cü ildən etibarən qalibə mərasimdən əvvəl məlumat verilmir və bütün namizədlərə eyni münasibət göstərilir. Onlar Londonda keçiriləcək mərasimə gələndə heç biri nəticəni bilməyəcək. Buna görə də kimsə digər namizədlərdən əvvəl qələbəsini qeyd edə bilməyəcək.

Biz qaydaları Lionel Messi və Kriştiano Ronaldonun hökmranlığı dövründən sonra dəyişdik. Nəticəni gizli saxlamağı asanlaşdırmaq üçün qalibin adının son ana qədər açıqlanmaması qərara alındı.

Qalibin adını necə gizli saxlamaq olar? Məncə, bunun ən yaxşı yolu sirrdən xəbərdar olan insanların sayını mümkün qədər azaltmaqdır. Başqa fəndlər də var. Mənim öz üsulum “France Football”un redaksiyasında saxta reytinqlər qoymaq idi ki, sosial şəbəkələrdə şayiələr yayılsın. Bu, məni həmişə güldürürdü. Hazırda qalibin adını beşdən çox insan bilmir”, – deyə Ferre bildirib.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.







Offside