25 oktyabr 2026. Bazar günü

U-17 cüdoçular arasında ne-vaza üzrə ACF Kubokuna start verilib


  • Offside
  • 19:10 25.10.2026
  • Oxunma sayı: 45
U-17 cüdoçular arasında ne-vaza üzrə ACF Kubokuna start verilib

Oktyabrın 25-də yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokuna start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 198 cüdoçu mübarizə aparıb.

Günün nəticələrinə əsasən, qızlar arasında 40 kq, 48 kq, 57 kq və 70 kq, oğlanlar arasında isə 50 kq, 60 kq, 73 kq və 90 kq çəki dərəcələri üzrə mükafatçılar müəyyənləşib.

Qeyd edək ki, ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların hücum və müdafiə bacarıqlarının inkişafına, eləcə də görüşlər zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.







Offside