- Offside
- 19:30 25.10.2026
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Moldova idmançısı Aleksandrin Qutunu 8:3 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli də 55 kq çəki dərəcəsində İran təmsilçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.
Beləliklə, Azərbaycan güləşçiləri dünya çempionatının ikinci günündə iki qızıl medal qazanıblar.