- Offside
- 19:30 25.10.2026
Gənclərdən ibarət Azərbaycan cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pri turnirini 5 medalla başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, Dünya Cüdo Turunun təqviminə daxil olan yarışın son günündə daha iki təmsilçimiz fəxri kürsüyə yüksəlib. Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) isə bürünc medala sahib çıxıblar.
Beləliklə, Azərbaycan millisi beynəlxalq turniri bir gümüş və dörd bürünc medalla başa vurub.