26 oktyabr 2026. Bazar ertəsi

Ronaldonun komandası ilə “Əl-Vasl” arasında oyun təxirə salındı


  • Offside
  • 02:11 26.10.2026
  • Oxunma sayı: 39
Ronaldonun komandası ilə “Əl-Vasl” arasında oyun təxirə salındı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” komandası arasında Asiya Çempionlar Liqası çərçivəsində keçirilməli olan oyun təxirə salınıb.

90deqiqe.Az xəbər verir ki, Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytında qarşılaşmanın təxirə salınması ilə bağlı məlumat dərc olunub. Oyunun yeni tarixi daha sonra açıqlanacaq.

Konfederasiya matçın təxirə salınmasının səbəbini bildirməyib. Bununla belə, daha əvvəl mətbuatda yayılan məlumatlarda bölgədəki hərbi əməliyyatlar səbəbindən “Əl-Vasl”ın Səudiyyə Ərəbistanına səfər edə bilməyəcəyi qeyd olunub.

Qeyd edək ki, Kriştianu Ronaldunun “Əl-Nəsr”lə mövcud müqaviləsi 2026/2027 mövsümünün sonunadək qüvvədədir.







Offside