26 oktyabr 2026. Bazar ertəsi

“Araz-Naxçıvan” – “Uypeşt” oyununun hakimləri açıqlanıb


  • Offside
  • 11:29 26.10.2026
  • Oxunma sayı: 49
“Araz-Naxçıvan” – “Uypeşt” oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda keçiriləcək “Araz-Naxçıvan” – “Uypeşt” (Macarıstan) futzal matçının hakim təyinatları bəlli olub.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qarşılaşmanı Viktor Çeyx (Fransa), Sergey Saçmans və İqor Yaçevic (hər ikisi Latviya) idarə edəcəklər.

Dominik Lorke (Polşa) vaxt hakimi, Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 27-də Polşanın Qlivise şəhərindəki “PreZero Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.







Offside