26 oktyabr 2026. Bazar ertəsi

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatını beşinci yerdə başa vurublar


  • Offside
  • 11:54 26.10.2026
  • Oxunma sayı: 33
Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatını beşinci yerdə başa vurublar

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının I təsnifat mərhələsi çərçivəsində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirakını başa vurub.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi yığma A qrupunda Polşa və Latviya komandaları ilə qarşılaşıb. Millimiz hər iki oyunda məğlub olub.

B qrupunda isə Ukrayna, Ermənistan, Estoniya və Gürcüstan yığmaları mübarizə aparıblar.

Beşinci yer uğrunda görüşdə Gürcüstan millisi ilə üz-üzə gələn Azərbaycan komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.

Final qarşılaşmasında Polşa yığması Ukrayna komandasına 3:2 hesabı ilə qalib gələrək EEVZA çempionu olub. Bu nəticə Polşa millisinə 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırıb.







Offside