26 oktyabr 2026. Bazar ertəsi

Tunar Bağırov beynəlxalq turnirdə bürünc medal qazanıb


  • Offside
  • 13:19 26.10.2026
  • Oxunma sayı: 46
Tunar Bağırov beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov Latviyada keçirilən “Riga City Council's Youth Cup 2026” beynəlxalq turnirinin mükafatçısı olub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 16 yaşlı idmançı öz yaş qrupunda mübarizəni 1/4 final mərhələsində dayandırsa da, U-19 kateqoriyasında üçüncü yeri tutub.

Bağırov qrup mərhələsində Malta, Estoniya və İsveç təmsilçilərini, 1/16 finalda İngiltərə, 1/8 finalda Litva, 1/4 finalda isə Latviya idmançısını məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Litva təmsilçisinə uduzan tennisçimiz turnirin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, bu, Tunar Bağırovun beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatdır.







Offside