- Offside
- 23:02 26.10.2026
Azərbaycan Karate Federasiyasının Kyokuşin (Kay) Senşi üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında üç medal əldə ediblər.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 24-25-də təşkil olunan qitə birinciliyində təmsilçilərimiz bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
U-18 yaş qrupunda +60 kq çəki dərəcəsində mübarizə aparan Selcan Babayeva bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub.
U-21 yaş kateqoriyasında +80 kq çəki dərəcəsində çıxış edən Cəmil Kazımlı gümüş medala sahib çıxıb. Böyüklər arasında 70 kq çəki dərəcəsində yarışan Sahil Musazadə isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını üç medalla başa vurublar.