26 oktyabr 2026. Bazar ertəsi

Özbəkistanın idman naziri Respublika Velotrekində olub


  • Offside
  • 13:42 26.10.2026
  • Oxunma sayı: 32
Özbəkistanın idman naziri Respublika Velotrekində olub

Özbəkistanın idman naziri Ədhəm İkramov və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Respublika Velotrekini ziyarət ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AZVİF) -a verilən məlumata görə, federasiyanın prezidenti Zaur Axundov və birinci vitse-prezidenti Sahib Ələkbərov qonaqlara ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülən işlər və velotrekdə idmançıların hazırlanması üçün yaradılmış şərait barədə ətraflı məlumat veriblər.

Nazirlər idmançıların məşq imkanları, Velosiped Muzeyi və məşqçilərlə idmançıların qalması üçün nəzərdə tutulan miniotellə tanış olublar. Onlar, həmçinin velotrekdə məşq edən uşaqların hazırlıq prosesini izləyərək gənc nəslin velosiped idmanına cəlb edilməsi və gələcək peşəkar idmançıların yetişdirilməsi istiqamətində görülən işlərlə maraqlanıblar.

Görüş zamanı müasir idman infrastrukturunun velosiped idmanının kütləviliyinin artırılması, istedadlı uşaqların erkən yaşlardan müəyyənləşdirilməsi və onların peşəkar hazırlığının təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Respublika Velotrekində yaradılmış şəraiti və idman infrastrukturunu yüksək qiymətləndirən Ədhəm İkramov Azərbaycan və Özbəkistan arasında idman əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.







Offside