- Offside
- 22:27 10.11.2026
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatını iki bürünc medalla başa vurublar.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, millimizin heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fəxri kürsüyə yüksəliblər.
Hər iki idmançımız dünya çempionatının bürünc medalına sahib çıxıb.