26 oktyabr 2026. Bazar ertəsi

Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq


  • Offside
  • 16:32 26.10.2026
  • Oxunma sayı: 47
Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Rusiya təmsilçisi, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini xalların keyfiyyətinə görə (2:2) məğlub edib. Məmmədli sabah qızıl medal uğrunda görüşə çıxacaq.

Digər təmsilçimiz Həsrət Cəfərov (67 kq) isə yarımfinalda məğlub olduğundan bürünc medal uğrunda mübarizə aparacaq.

13:41

Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatında yarımfinala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) 1/4 final mərhələsində müvafiq olaraq Qətər təmsilçisi Aref Mohammadi və Cənubi Koreya idmançısı Hanjae Çanqa qalib gələrək növbəti mərhələyə adlayıblar.

İslam Abbasov (87 kq) isə eyni mərhələdə Bolqarıstan təmsilçisi, Olimpiya çempionu Semyon Novikova məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda iki qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.

Dünya çempionatı noyabrın 1-də başa çatacaq.







Offside