26 oktyabr 2026. Bazar ertəsi

Gəncə Voleybol Festivalının 100-dən çox könüllüsünə sertifikatlar təqdim olunub


  • Offside
  • 12:33 26.10.2026
  • Oxunma sayı: 35
Gəncə Voleybol Festivalının 100-dən çox könüllüsünə sertifikatlar təqdim olunub

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” voleybol klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə keçirilən Gəncə Voleybol Festivalında iştirak edən könüllülərlə görüş təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən görüşdə könüllülərin festivalın təşkilindəki rolu, təşəbbüskarlığı və komanda işi yüksək qiymətləndirilib.

“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov könüllülərə təşəkkür edərək onların festivalın təşkilinə verdikləri töhfəni, məsuliyyətli yanaşmalarını və fəallıqlarını vurğulayıb. O, belə irimiqyaslı idman tədbirlərinin uğurla keçirilməsində könüllülərin mühüm rol oynadığını bildirib.

Görüşdə qeyd olunub ki, könüllülük fəaliyyəti tədbirlərin təşkilinə dəstək verməklə yanaşı, gənclərin şəxsi inkişafına, komanda ilə işləmək bacarıqlarının formalaşmasına və yeni təcrübə qazanmalarına da imkan yaradır.

Tədbir çərçivəsində əvvəlcə festivalda fəaliyyət göstərən komanda liderlərinə, daha sonra isə 100-dən çox könüllüyə sertifikatlar təqdim olunub. Sertifikatlar gənclərin festivalın təşkilində göstərdikləri xidmət və fəallığın qiymətləndirilməsi məqsədi daşıyıb.

“Gəncə” voleybol klubu könüllülərin festivalda iştirakına şərait yaratdıqlarına və gənclərin təşəbbüslərini dəstəklədiklərinə görə şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərliklərinə və kollektivlərinə təşəkkür edib.







Offside