27 oktyabr 2026. Çərşənbə axşamı

“Qızıl top-2026”: Mükafat uğrunda mübarizə aparan 10 futbolçunun adı açıqlanıb


  • Offside
  • 23:02 26.10.2026
  • Oxunma sayı: 41
“Qızıl top-2026”: Mükafat uğrunda mübarizə aparan 10 futbolçunun adı açıqlanıb

“Qızıl top” mükafatının təqdimetmə mərasimi bu gün, bazar ertəsi axşam keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, təşkilatçılar səsvermədə 11–30-cu yerləri tutan futbolçuların adlarını açıqladıqdan sonra ilk onluğa düşən oyunçuların siyahısını da yayımlayıblar. Lakin onların yekun sıralamadakı mövqeləri hələlik açıqlanmayıb.

Mükafatın ilk onluğuna Usman Dembеле, Erlinq Holand, Harri Keyn, Xviça Kvaratsxeliya, Kilian Mbappe, Lionel Messi, Maykl Olise, Fabian Ruis, Rodri və Lamin Yamal daxil ediliblər.

Təşkilatçılar azarkeşləri şərhlərdə öz qaliblərini seçməyə dəvət ediblər.

Xatırladaq ki, 2025-ci ildə “Qızıl top” mükafatını PSJ-nin hücumçusu Usman Dembele qazanıb.







Offside