27 oktyabr 2026. Çərşənbə axşamı

“Qızıl top”un təşkilatçılarından qalib barədə yayılan məlumatlara açıqlama


  • Offside
  • 23:42 26.10.2026
  • Oxunma sayı: 58
“Qızıl top”un təşkilatçılarından qalib barədə yayılan məlumatlara açıqlama

Bazar ertəsi axşamı “Qızıl top” mükafatının rəsmi saytında Harri Keyn, Lamin Yamal və Kilian Mbappenin qalib elan olunduğu üç fərqli məqalə dərc edilib.

90deqiqe.Az xəbər verir ki, yazılar qısa müddət sonra silinsə də, azarkeşlər arasında müzakirələrə səbəb olub.

Mükafatın təşkilatçıları baş verənlərə münasibət bildiriblər.

Təşkilatçılar açıqlamalarında məqalələrin əvvəlcədən hazırlandığını qeyd ediblər:

“Bu məqalələr hər bir namizədin mükafatı qazanacağı ehtimalı nəzərə alınaraq əvvəlcədən hazırlanmışdı. Onlar yekun sıralamanı və ya futbolçunun podiumdakı yerini açıqlamır. Bu məlumatlar hələ də hamı üçün naməlumdur”.

“Qızıl top” mükafatının təqdimetmə mərasimini mətn əsaslı canlı yayımda izləmək mümkündür.







Offside