- Offside
- 01:01 27.10.2026
Futbol dünyasının ulduzları “Qızıl top” mükafatının təqdimetmə mərasiminə gəlməkdə davam edirlər.
90deqiqe.Az xəbər verir ki, tədbir yaxın vaxtlarda başlayacaq. Mərasim öncəsi qırmızı xalçadan keçənlər arasında 1997 və 2002-ci illərdə “Qızıl top”a layiq görülmüş braziliyalı Ronaldo da olub.
Əfsanəvi futbolçu mükafatın kimə təqdim ediləcəyi ilə bağlı sualı cavablandırıb.
“The Touchline” nəşri Ronaldonun sözlərini belə çatdırıb:
“Qızıl top”u kimə təqdim edərdim? Tezliklə öyrənəcəksiniz... Çünki mükafatı məhz mən təqdim edəcəyəm”.
Ronaldo Avropada PSV, “Barselona”, “İnter”, “Real Madrid” və “Milan” klublarının formasını geyinib. Braziliyalı sabiq futbolçunun sentyabr ayında 50 yaşı tamam olub.