27 oktyabr 2026. Çərşənbə axşamı

Şevçenko “Qızıl top”un favoritlərini açıqlayıb


  • Offside
  • 23:57 26.10.2026
  • Oxunma sayı: 51
Şevçenko “Qızıl top”un favoritlərini açıqlayıb

2004-cü ildə “Qızıl top” mükafatını qazanan sabiq futbolçu Andrey Şevçenko Londonda keçirilən mükafatlandırma mərasiminə gəlişi zamanı jurnalistlərə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, Şevçenko mükafatın mümkün qalibləri və seçim zamanı nəzərə alınmalı meyarlar barədə danışıb.

“Qalib kim olacaq? Bunu demək çətindir. Üç namizəd var: Mbappe, Yamal və Keyn. Onların hər biri yaxşı mövsüm keçirib. Mükafatı onlardan biri qazanacaq.

Qalibin seçilməsində ən vacib məqam nədir? Düşünürəm ki, burada balans önəmlidir. Titullar qazanılmayıbsa, yaxşı mövsüm keçirmək kifayət etmir. Ancaq yalnız komanda qələbələri də yetərli deyil. Həm fərdi səviyyədə, həm də komandanın heyətində əla mövsüm keçirmək lazımdır. Balans olmalıdır”, – deyə Şevçenkonun sözlərini “Movistar” yayıb.







Offside