27 oktyabr 2026. Çərşənbə axşamı

FIFA Ronaldonun 982-ci qolunu tanımadı


  • Offside
  • 00:44 27.10.2026
  • Oxunma sayı: 57
FIFA Ronaldonun 982-ci qolunu tanımadı

Kriştiano Ronaldonun “Əl-Feysali” ilə matçda vurduğu iddia edilən qol ətrafında mübahisələr davam edir.

90deqiqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının yekun protokolunda “Əl-Nəsr”in ikinci qolu Ronaldonun adına yazılıb. Lakin bir sıra statistik mənbələr həmin qolu rəqib komandanın müdafiəçisinin avtoqolu kimi qeydə alıb.

FIFA-nın rəsmi saytında da “Əl-Nəsr”in ikinci qolu “Əl-Feysali” futbolçusunun avtoqolu kimi göstərilib. Beləliklə, FIFA portuqaliyalı hücumçunun hesabına 982-ci qolu əlavə etməyib.

Lionel Messi və Kriştiano Ronaldonun statistikasını izləyən “MessivsRonaldo” saytı da qolu avtoqol kimi qeydə alıb. Həmin mənbəyə əsasən, Ronaldonun karyerasında vurduğu qolların sayı 981-dir.







Offside