- Offside
- 01:01 27.10.2026
Portuqaliya çempionatının IX turunda “Benfika” səfərdə “Santa-Klara”ya 2:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az xəbər verir ki, Lissabon təmsilçisi qarşılaşmada hesabda geri düşsə də, ikinci hissədə iki qol vuraraq üç xalı aktivinə yazdırıb.
Matçda hesab 32-ci dəqiqədə açılıb. Luis penalti zərbəsini dəqiq yerinə yetirərək meydan sahiblərini önə keçirib.
“Benfika” 62-ci dəqiqədə tarazlığı bərpa edib. Canluka Prestianinin ötürməsini Vangelis Pavlidis qolla tamamlayıb. Cəmi altı dəqiqə sonra isə Prestiani özü fərqlənərək qonaqlara qələbə qazandırıb.
Bu nəticədən sonra “Benfika” 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Santa-Klara” 18 xalla dördüncü yerdədir. Lider “Portu”nun aktivində isə 27 xal var.