- Offside
- 00:21 28.10.2026
Azərbaycanın qadın cüdoçuları İordaniyanın paytaxtı Ammanda keçiriləcək gənclər arasında Asiya Kubokunda mübarizə aparacaqlar.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Beynəlxalq yarışda ölkəmizi dörd çəki dərəcəsində beş idmançı təmsil edəcək. Heyətdə Gülşən Hüseynova və Gülgəz Musayeva (hər ikisi 48 kq), Çinarə Sadıqova (52 kq), Aytən Verdiyeva (57 kq) və Ayan Əliyeva (63 kq) yer alıblar.
Cüdoçular yarışda gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxış edəcəklər.
Oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya Kubokunda 19 ölkədən 140 idmançı mübarizə aparacaq.