28 oktyabr 2026. Çərşənbə

Nihat Məmmədli dünya çempionatının gümüş medalını qazanıb


  • Offside
  • 17:50 27.10.2026
  • Oxunma sayı: 44
Nihat Məmmədli dünya çempionatının gümüş medalını qazanıb

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə daha bir medal yazılıb.  

90deqiqe.Az xəbər verir ki, yunan-Roma güləşi üzrə mübarizədə Nihat Məmmədli gümüş medal qazanıb.Yarışın dördüncü günündə yunan-Roma güləşi üzrə qarşılaşmalar başa çatıb.

63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli final görüşünə dörd xallıq fəndlə başlayaraq ilk dəqiqələrdən üstünlük əldə edib. Lakin qarşılaşmanın sonrakı hissəsində Ermənistan təmsilçisi Karen Aslanyan hesabda önə keçib və 8:4 hesabı ilə qalib gəlib. Beləliklə, Məmmədli dünya çempionatının gümüş medalına sahib olub.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazaya 5:8 hesabı ilə məğlub olub.







Offside