28 oktyabr 2026. Çərşənbə

Azərbaycan və Hindistan arasında gənclər və idman sahələrində əməkdaşlıq müzakirə olunub


  • Offside
  • 17:51 27.10.2026
  • Oxunma sayı: 34
Azərbaycan və Hindistan arasında gənclər və idman sahələrində əməkdaşlıq müzakirə olunub

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun sədri kimi Hindistana səfər edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Fərid Qayıbov Hindistanın Yeni Dehli şəhərində keçirilən COP10 Bürosunun üçüncü iclasına sədrlik edib və COP10 Təsdiq Komitəsinin IV rəsmi iclasında iştirak edib.

İclas çərçivəsində nazir Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı Azərbaycanla Hindistan arasında gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.







Offside