- Offside
- 00:21 28.10.2026
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu qələbə ilə başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan çempionu Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib.
Polşadakı “Prezero Arena”da keçirilən qarşılaşmada “qırmızı-ağlar” rəqibindən üstün olublar.
“Araz-Naxçıvan”ın heyətində Oktay Rüstəmli het-trik edib. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.
Qeyd edək ki, V qrupunda mübarizə aparan “Araz-Naxçıvan” oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara”, oktyabrın 30-da isə Polşanın “Pyast” komandası ilə qarşılaşacaq.