28 oktyabr 2026. Çərşənbə

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq


  • Offside
  • 18:25 27.10.2026
  • Oxunma sayı: 43
Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında mübarizə aparacaqlar.

90deqiqe.Az-ın məlumatına görə, yığmamız qitə birinciliyində beş çəki dərəcəsində səkkiz idmançı ilə təmsil olunacaq.Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Milli komandanın heyətində Murad Muradlı və Babarəhim Mirzəyev (60 kq), Nizami İmranov və İslam Rəhimov (66 kq), Əbil Yusubov və Mehdi Cəfərov (73 kq), Əjdər Bağırov (100 kq), eləcə də Kənan Nəsibov (+100 kq) yer alıblar.

Kişilərdən ibarət yığmaya baş məşqçi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər.

Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək yarışda 36 ölkədən 284 cüdoçu medallar uğrunda mübarizə aparacaq.







Offside