- Offside
- 00:21 28.10.2026
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazana bilməyib.
90deqiqe.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qarşılaşıb. Rəqibinə 5:8 hesabı ilə məğlub olan Cəfərov mundialı beşinci pillədə başa vurub.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə millisi dünya çempionatını üç medalla tamamlayıb. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu adını qazanıblar. Nihat Məmmədli (63 kq) isə gümüş medal əldə edib.
Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.