- Offside
- 00:21 28.10.2026
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk qələbəsini əldə edib.
90deqiqe.Az-ın məlumatına görəAzərbaycan çempionu III turda Fransanın “Nanter” klubunu 87:80 hesabı ilə məğlub edib.Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Bakı təmsilçisinin üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın “Ritas” klubuna 73:82, Türkiyənin “Trabzonspor” komandasına isə 83:100 hesabı ilə uduzub.