- Offside
- 00:48 28.10.2026
Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununda qələbə qazanıb.
90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi Danimarkanın “Holte IF” komandası ilə səfərdə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.
Holte şəhərində keçirilən görüşdə setlər 25:14, 26:24, 22:25 və 25:22 hesabları ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.