28 oktyabr 2026. Çərşənbə

Gimnastika üzrə ölkə birinciliyində qaliblər müəyyənləşib


  • Offside
  • 00:21 28.10.2026
  • Oxunma sayı: 43
Gimnastika üzrə ölkə birinciliyində qaliblər müəyyənləşib

Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib.

90deqiqe.Az xəbər verir ki, akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi iki gün davam edəcək.

Yarışlarda ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar fərqli yaş kateqoriyaları və proqramlar üzrə mübarizə aparırlar.

Yarışın ilk günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar və yeniyetmələr yaş kateqoriyalarında qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklər balans hərəkətləri proqramında bacarıqlarını nümayiş etdiriblər.

Aerobika gimnastikası üzrə isə kiçiklər, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında qadın və kişi gimnastlar fərdi proqramlarda çıxış ediblər.

Günün sonunda aerobika gimnastikası üzrə gənclər yaş kateqoriyasında qadınların fərdi yarışında qaliblər müəyyənləşib. Milli komandanın üzvləri fəxri kürsünün hər üç pilləsini tutublar.

Belə ki, Ayan Ağayeva qızıl, Əminə Mustafayeva gümüş, Aydan Məlikova isə bürünc medal qazanıb.

Qeyd edək ki, oktyabrın 28-də ölkə birincilikləri növbəti yarış proqramları ilə davam edəcək.







Offside