- Offside
- 22:39 28.10.2026
Azərbaycan boksçuları 2026-cı ildə iştirak etdikləri dörd Avropa çempionatında ümumilikdə 25 medal əldə ediblər.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, medalların 5-i qızıl, 8-i gümüş, 12-si isə bürünc əyarlıdır.
Komandalar arasında ən çox medalı U-15 millisi qazanıb. Trabzonda başa çatan Avropa çempionatında yeniyetmə boksçularımız 10 dəfə fəxri kürsüyə yüksəliblər.
U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə Avropa çempionatında 5 medal qazanaraq rekord nəticə göstərib. Hər iki komandanın iki üzvü qızıl medala sahib çıxaraq Azərbaycan himnini səsləndiriblər.
U-19 millisi isə Avropa çempionatında iki medal əldə edib.
Azərbaycan komandaları bu yarışların üçündə medal sayına görə ilk altılıqda yer alıblar.
Qeyd edək ki, qitə birinciliklərində medal sayını artırmaq üçün millimizin daha bir imkanı olacaq. Noyabrda keçiriləcək U-23 Avropa çempionatında boksçularımız növbəti mükafatlar uğrunda mübarizə aparacaqlar.