- Offside
- 22:39 28.10.2026
Milli Olimpiya Komitəsi (MOK) Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançıların adlarını açıqlayıb.
MOK-dan 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 31-də Dakardakı “Abdulaye Vade” stadionunda təşkil olunacaq açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaqlar.
Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır. Məryəm Cavadova da VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.