- Offside
- 22:39 28.10.2026
Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndi şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs üçün açıq olacaq. Kəmər dərəcəsinin seçimi namizədlərin yaşına uyğun olaraq müəyyənləşdiriləcək.
İmtahanı uğurla başa vuran iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq. İmtahan Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə təşkil ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.