28 oktyabr 2026. Çərşənbə

Sumqayıtda U-20 cüdoçular arasında Abşeron-Xızı birinciliyi keçiriləcək


  • Offside
  • 17:21 28.10.2026
  • Oxunma sayı: 38
Sumqayıtda U-20 cüdoçular arasında Abşeron-Xızı birinciliyi keçiriləcək

Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində 20 yaşadək gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 16 klub və idman cəmiyyətindən 88 cüdoçu mübarizə aparacaq.

Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.







Offside