- Offside
- 22:39 28.10.2026
Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində güləş üzrə ilk “Gəncə Kuboku” keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan komanda yarışında U-15 yaş qrupunda səkkiz komanda mübarizə aparıb.
Yarışın nəticələrinə əsasən, “Sumqayıt” komandası kubokun qalibi olub. “Gəncə-1” ikinci, “Lənkəran” isə üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd yeniyetmə güləşçilər arasında rəqabəti gücləndirmək, bölgələrdə güləşin inkişafına dəstək vermək, idmançıların yarış təcrübəsini artırmaq və perspektivli güləşçiləri üzə çıxarmaqdır.