- Offside
- 22:39 28.10.2026
“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, V qrupunun II turunda Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə qarşılaşan Naxçıvan təmsilçisi 3:5 hesabı ilə məğlub olub.
Polşanın Qlivise şəhərində yerləşən “PreZero Arena”da keçirilən görüşdə Azərbaycan çempionunun qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrup mərhələsindəki ilk oyununda Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib. Təmsilçimiz qrupdakı son matçını oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı keçirəcək.