28 oktyabr 2026. Çərşənbə

“Neftçi” FIBA Avropa Kubokunda dördüncü məğlubiyyətini alıb


  • Offside
  • 19:54 28.10.2026
  • Oxunma sayı: 42
“Neftçi” FIBA Avropa Kubokunda dördüncü məğlubiyyətini alıb

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.A-ın məlumatına görə, müntəzəm mövsümün IV turunda Bakı təmsilçisi Rumıniyanın “Oradya” klubunu qəbul edib. Bakı İdman Sarayında keçirilən qarşılaşma qonaqların 99:83 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, H qrupunda mübarizə aparan “Neftçi” əvvəlki üç oyununda da məğlub olub. Komanda İsveçrənin “Fribur Olimpik” klubuna 73:78, Yunanıstan təmsilçisi “Mikonos”a 58:78, Latviyanın VEF kollektivinə isə 94:110 hesabı ilə uduzub.







Offside