- Offside
- 22:39 28.10.2026
Azərbaycan Karate Federasiyasının “Vado-Ryu karate” üslubu üzrə milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunda üç medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, oktyabrın 23-dən 25-dək təşkil olunan yarışda Azərbaycan təmsilçiləri bir gümüş və iki bürünc medala sahib olublar.
U-21 yaş kateqoriyasında -75 kq çəki dərəcəsində mübarizə aparan İmran İsmayılzadə finala yüksələrək dünya kubokunun gümüş medalını qazanıb.
16-17 yaş qrupu üzrə -67 kq çəki dərəcəsində çıxış edən Uğur Quliyev, eləcə də böyüklər arasında +80 kq çəki dərəcəsində yarışan Maarif Xurşudov bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan millisi dünya kubokunda Vilayət Əmirovun rəhbərliyi altında iştirak edib