28 oktyabr 2026. Çərşənbə

Kişi voleybolçuların Super Liqasında II turun oyunları keçirilib


  • Offside
  • 18:59 28.10.2026
  • Oxunma sayı: 58
Kişi voleybolçuların Super Liqasında II turun oyunları keçirilib

Kişi voleybolçuların Azərbaycan Super Liqasında II turun növbəti oyunları baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada “Ordu” komandası “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib. Setlər 25:22, 25:13 və 25:20 hesabları ilə yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan digər görüşdə isə “Xilasedici” “Azərreyl” üzərində 3:0 hesablı qələbə qazanıb. Bu matçın setləri 26:24, 25:21 və 25:20 hesabları ilə başa çatıb.







Offside