- Offside
- 22:39 28.10.2026
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, püşkün nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu ilə – 8 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq. Turnirdə 59 ölkədən 374 cüdoçu (221 kişi, 153 qadın) mübarizə aparacaq.
Oktyabrın 29-dan 31-dək keçiriləcək Əbu-Dabi “Böyük Dəbilqə” turnirinin ilk günündə təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə saat 18:00-da başlayacaq.
Qadınlar
48 kq, 1/8 final
Könül Əliyeva – Ulbusin Xakimova (Özbəkistan)
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Karina Yefimova (Rusiya)
70 kq, 1/16 final
Südabə Ağayeva – Nensi Nquyen (ABŞ)
+78 kq, 1/8 final
Madina Kaisinova – İrisxon Kurbanbayeva (Özbəkistan)
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev – David Ştarkel (Sloveniya) / Nikita Anisimov (Rusiya) cütünün qalibi
66 kq, 1/16 final
Rəşad Yelkiyev – Erbol Abasbekov (Qırğızıstan)
66 kq, 1/8 final
Ruslan Paşayev – German Kobets (Rusiya) / Tom Simxayev (İsrail) cütünün qalibi
73 kq, 1/16 final
Kamran Süleymanov – Zamoxşari Bekmurodov (Özbəkistan) / Xristos Dimitriadi (Kipr) cütünün qalibi
Hidayət Heydərov – Baysanqur Baqayev (Serbiya) / Lusian Bors Dumitresku (Rumıniya) cütünün qalibi
90 kq, 1/16 final
Elcan Hacıyev – Yosip Buliç (Xorvatiya)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Şərifcon Nazriyev (Tacikistan) / Yakiv Xammo (Ukrayna) cütünün qalibi
Camal Qamzatxanov – Saba İnaneişvili (Gürcüstan) / Andre Umberto (Braziliya) cütünün qalibi