- Offside
- 22:39 28.10.2026
"Əl Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 2008-ci ildə qazandığı “Qızıl top” mükafatı tarixdə ən yaxşısı hesab edilib.
90deqiqe.Az-ın məlumatına görə, ödənişli səsvermə “Qızıl top”un rəsmi saytında keçirilib.
Reytinqdə ikinci yeri Lionel Messinin 2012-ci ildə qazandığı “Qızıl top” tutub. Üçüncü pillədə isə Ronaldonun 2017-ci ildə aldığı mükafat qərarlaşıb.
2007/2008 mövsümündə Ronaldo “Mançester Yunayted”in heyətində İngiltərə çempionu olub və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Həmin vaxt “qırmızı şeytanlar” Moskvada keçirilən final oyununda “Çelsi”yə qalib gəlib.
Portuqaliyalı futbolçu həmin mövsüm FIFA və UEFA tərəfindən ilin oyunçusu seçilib. O, ümumilikdə 42 qol vurub və səkkiz məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2026-cı ildə “Qızıl top” mükafatına “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn layiq görülüb.