29 oktyabr 2026. Cümə axşamı

“LANDAU Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb


  • Offside
  • 23:52 28.10.2026
  • Oxunma sayı: 43
“LANDAU Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb

Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində ilk qələbəsini əldə edib.

90deqiqe.Az xəbər verir ki, G qrupunun IV turunda Türkiyənin “Denizli Basket” kollektivi ilə qarşılaşan təmsilçimiz 94:86 hesabı ilə qalib gəlib. Bakı İdman Sarayında keçirilən görüşdə Erhan Tokerin rəhbərlik etdiyi komanda rəqibindən üstün olub.

Qeyd edək ki, “LANDAU Lions” əvvəlki üç qarşılaşmasında məğlubiyyətlə üzləşib. Azərbaycan təmsilçisi Danimarkanın “Bakken Bears” klubuna 88:91, İsveçrənin “Lions de Genève” kollektivinə 83:105, Slovakiyanın “Prievidza” komandasına isə 84:108 hesabı ilə uduzub.







Offside