- Offside
- 00:06 29.10.2026
“Benfika”nın hücumçusu Con Duranın “Santa Klara” ilə oyundan sonra meydandan qovulmasının səbəbi rəqib futbolçuya dediyi sözlər olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Baş hakim Klaudio Pereyra raportunda hadisəni belə izah edib:
“7 nömrəli futbolçu Fernandonun təxribatından sonra o, hakimlər briqadasının aydın eşidə bilmədiyi ifadələrlə rəqibinə müraciət edib. Bu isə ümumi münaqişənin daha da böyüməsinə səbəb olub”.
Komandanın baş məşqçisi Marku Silva bildirib ki, raportun məzmunu futbolçunun günahsız olduğuna dair əminliyini daha da artırıb.
Qeyd edək ki, “Benfika” Con Duranın cəzalandırılmasının ləğv edilməsi üçün Portuqaliya Futbol Federasiyasının İntizam Şurasına müraciət edib.