- Offside
- 23:59 29.10.2026
Azərbaycanın üç sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlubiyyətlə üzləşib.
90deqiqe.Az-ın məlumatına görə, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) yarışda uğursuz çıxış ediblər.
Ruzanna Məmmədova 1/8 final mərhələsində Çin təmsilçisi Menqyu Xie ilə qarşılaşmadan məğlub ayrılıb. Rəqib növbəti mərhələdə uduzduğu üçün Azərbaycan idmançısı medal qazanmaq şansını itirib.
Rəşid Babazadə 1/16 finalda Qırğızıstan təmsilçisi Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreyn idmançısı Axmed Maqomed Tajudinova məğlub olub.
Qeyd edək ki, rəqibləri finala yüksələcəyi təqdirdə Azərbaycan təmsilçiləri sabah təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.