- Offside
- 23:59 29.10.2026
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs təşkil olunur.
ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) adaptiv cüdo üzrə baş komissarı Marina Draşkoviçin rəhbərlik etdiyi təlimin əsas məqsədi məşqçilərin nəzəri biliklərini genişləndirmək, praktiki bacarıqlarını təkmilləşdirmək və peşəkar hazırlıq səviyyələrini yüksəltməkdir.
Nəzəri və praktiki məşğələlərdən ibarət kursda 18 məşqçi iştirak edir. Praktiki məşğələlərə ACF-nin adaptiv cüdo qrupunun üzvləri də cəlb olunublar.
Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.