30 oktyabr 2026. Cümə

“Marafon” İK çimərlik futbolu üzrə beynəlxalq turniri 25-ci yerdə başa vurub


  • Offside
  • 17:42 29.10.2026
  • Oxunma sayı: 49
“Marafon” İK çimərlik futbolu üzrə beynəlxalq turniri 25-ci yerdə başa vurub

Azərbaycanın çimərlik futbolu üzrə “Marafon” İK komandası “World Winners Cup Alanya 2026” turnirində dördüncü oyununda da məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, F qrupunda mübarizə aparan təmsilçimiz Fransanın “Sevenne” komandası ilə qarşılaşıb. Görüş rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, 32 komandanın iştirak etdiyi turnirdə “Marafon” İK yarışı 25-ci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində əvvəlki oyunlarında Çinin TMS klubuna 2:4, Ukraynanın “Sunrise” (Kiyev) komandasına 6:8 hesabı ilə uduzub. “Spartak”la (Bolqarıstan) görüş isə əsas vaxtda 4:4 hesabı ilə başa çatıb, penaltilər seriyasında rəqib 3:1 hesabı ilə qalib gəlib.







Offside