- Offside
- 23:59 29.10.2026
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.
90deqiqe.Az-ın məlumatına görə, final görüşündə Türkiyə təmsilçisi Merve Azak ilə qarşılaşan idmançımız rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb.
Beləliklə, Könül Əliyeva “Böyük Dəbilqə” turnirində çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Qeyd edək ki, Əbu-Dabi “Böyük Dəbilqə” turniri oktyabrın 31-də başa çatacaq.