30 oktyabr 2026. Cümə

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusundan qızıl medal


  • Offside
  • 18:59 29.10.2026
  • Oxunma sayı: 58
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusundan qızıl medal

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, idmançımız final görüşündə Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşıb. Rəqibinə qalib gələn Balabəy Ağayev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) da turnirdə qızıl medal qazanıb. O, “Böyük Dəbilqə” yarışında çempionluq əldə edən ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.







Offside