- Offside
- 23:59 29.10.2026
Azərbaycan cüdoçusu Rəşad Yelkiyev (66 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medala sahib çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, idmançımız üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Dilşodbek Hamroyevi məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) turnirin qızıl medallarını qazanıblar. Ruslan Paşayev (66 kq) isə bürünc medal uğrunda görüşdə məğlub olaraq yarışı beşinci yerdə başa vurub.