- Offside
- 23:59 29.10.2026
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olublar.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, ziyarət zamanı klub nümayəndələri uşaqlarla səmimi söhbət edib, onlara xoş arzularını çatdırıblar. Futbolçular uşaqlara “Qarabağ” klubunun formalarını və toplarını hədiyyə ediblər.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin də iştirak etdiyi ziyarət Gənclər və İdman Nazirliyi ilə “Qarabağ” futbol klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib.